“Liverpul”un təxirə salınan oyununun vaxtı dəqiqləşdi
28.12.2019 - 09:03

İngiltərə Premyer Liqasının təxirə salınan “Vest Hem” – “Liverpul” oyununun keçiriləcəyi tarix müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, XVIII tutun qarşılaşması 2020-ci il yanvarın 29-da baş tutacaq.
Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Dekabrda keçirilməli olan bu görüş “Liverpul”un klublararası dünya çempionatındakı çıxışına görə baş tutmamışdı.
0
0