“Mançester Siti”də yeni müqavilə
01.02.2022 - 16:55
“Mançester Siti”də yeni müqavilə

“Mançester Siti” futbolçusu Joau Kanselu ilə müqaviləsini uzadıb.

Apasport.az saytının məlumatına görə, müdafiəçi ilə yeni anlaşma 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

27 yaşlı portuqaliyalı 2019-cu ilin yayından Mançester təmsilçisinin heyətində çıxış edir. O, “Yuventus”dan Premyer Liqa klubuna keçib.

Qeyd edək ki, Kanselu cari mövsüm Premyer Liqanın 22 matçında 1 qol vurub.