“Mançester Yunayted” qapıçısını göndərdi – aşağı liqaya
01.02.2022 - 22:21
“Mançester Yunayted” qapıçısını göndərdi – aşağı liqaya

“Mançester Yunayted” qapıçısı Matey Kovarjla yeni müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu anlaşmasını uzatdığı çexiyalı qolkiperi “Berton Albion”a göndərib.

21 yaşlı futbolçunun yeni müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Anlaşmada daha bir il müddətinə uzadılmaq barədə bənd də yer alıb.

21 yaşlı əlcək sahibi aşağı liqa təmsilçisinə mövsümün sonuna qədər göndərilib. Bu komanda gücünə görə üçüncü divizionda çıxış edir.

Qeyd edək ki, Kovarj artıq Çexiya millisinə dəvət alsa da, Mançester təmsilçisinin əsas komandasında debüt etməyib.