"Milan" hücumçusunu Bundesliqa klubuna satdı
30.01.2020 - 12:57
"Milan"ın hücumçusu Kşiştof Pyontekin yeni komandasının adına aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu karyerasını Almaniyada davam etdirəcək.
"Mançester Yunayted", "Atletiko" və "Tottenhem"in icarəyə götürmək təklifini rədd edən "rossonyerlər" Polşa millisinin üzvünü "Herta"ya satıblar. Transferin detalları açıqlanmasa da, Pyontekin bu gün Berlinə yollanaraq münasibətləri rəsmiləşdirəcəyi bildirilib.
Qeyd edək ki, Kşiştof Pyontek "Milan"a ötən ilin yanvarında 38 milyon avro qarşılığında "Cenoa"dan keçmişdi.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0