“Milan”ın transfer siyahısında – Duqlas Kosta
29.01.2021 - 13:28
“Milan”ın transfer siyahısında – Duqlas Kosta

İtaliyanın “Yuventus” klubunun Almaniya “Bavariya”sına icarəyə verdiyi Duqlas Kosta karyerasını yenidən A seriyasında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu “Milan”ın transfer siyahısında yer alıb.

A seriyası təmsilçisi braziliyalı ilə müqavilə imzalamağa hazırlaşır. Milanlılar forvardı qış transfer pəncərəsinin sonunadək heyətinə qatmağı planlaşdırır.

Bu keçidin reallaşmasında yeganə problem Duqlasın maaşının yüksək olmasıdır. Onun illik qazancı 6 milyon təşkil edir.

Qeyd edək ki, Kosta cari mövsüm 19 oyunda 1 qol vurub.