“Neftçi” sabiq “Qarabağ”lını Rusiyadan qaytarmaq istəyir
19.03.2022 - 10:53
“Neftçi” sabiq “Qarabağ”lını Rusiyadan qaytarmaq istəyir

Karyerasını Rusiyada davam etdirən azərbaycanlı futbolçu Elvin Talıbov Vətənə qayıda bilər.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi “Neftçi”nin maraq dairəsindədir.

“Qarabağ”ın U-19 və əvəzedici komandasında üç il çıxış etdikdən sonra ötən ilin yayında Rusiyanın aşağı liqa klubu “Maşuk”a keçən Talıbovu bakılılar ilk olaraq əvəzedici heyətə cəlb etməyi planlaşdırır. Azərbaycanın U-19 yığmasının sabiq üzvünün “Maşuk”la müqavilə müddəti mövsümün sonuna qədərdir. Elvin “Neftçi”nin şərtləri ilə razılaşsa, bu kluba azad agent kimi gələcək.

Qeyd edək ki, “Rostov”un yetirməsi olan Elvin Talıbov 2018-ci ildə “Qarabağ”a keçib.