“Neftçi”nin baş məşqçisi panamalı futbolçunun yolunu gözləyir
01.02.2022 - 22:23
“Neftçi”nin baş məşqçisi panamalı futbolçunun yolunu gözləyir

“Panamalı Ansoni Frias bizə baxışa gəlmişdi, xoş təəssürat yaratdı”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov bir müddət komandada baxışda olan hücumçu Ansoni Frias barədə danışarkən deyib.

Çalışdırıcı Türkiyə toplanışında sınaqdan keçirilən 21 yaşlı forvardı bəyəndiklərini bildirib. Lakin onun “Neftçi”yə keçib-keçməməsi digər məsələlərdən asılı olacaq: “Oyunçu haqda məlumatı klub rəhbərliyinə bildirdik. Sadəcə, viza məsələsi, bura gəlməsi var idi. Ölkəsindən Türkiyəyə yollanması asan idi. Evinə qayıtdıqdan sonra klubu ilə aparılan danışıqlarla bağlı menecerlər məşğuldur. Həddən artıq yaxşı təəssürat yaratmışdı. Amma gələ biləcəkmi, bunu bilmirəm”.

Qeyd edək ki, tam adı Ansoni Alexandro Frias Qonzales olan gənc hücumçu ölkəsinin “Alianza” klubunda çıxış edir.