"Neftçi"nin idman direktoru: “Vəziyyətimiz istədiyimiz şəkildə deyil”
11.03.2022 - 11:51
"Neftçi"nin idman direktoru: “Vəziyyətimiz istədiyimiz şəkildə deyil”

"Hədəf həmişə iştirak etdiyimiz yerli turniri qalib bitirməkdir".

Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin idman direktoru Zaur Əzizov deyib.

Komandanın hazırkı durumu barədə fikirlərini bölüşən klub rəsmisi maraqlı etiraf edib. O, Premyer Liqada sonadək iddialarını qorumağa çalışmaqla yanaşı, ölkə kubokunu qazanmağı hədəflədiklərini bildirib: "Başa düşürəm ki, çempionatda vəziyyətimiz istədiyimiz şəkildə deyil. Amma reallıq baxımından mümkün olanın ən yaxşısını etməliyik. "Neftçi" həmişə yarışın sonuna qədər mübarizə aparmalıdır. Bilirsiz, futbolda səhvsiz bir mövsüm keçirmək real görünmür. Əsas olan bunlardan nəticə çıxarıb daha hazır, daha yaxşı vəziyyətə gəlməkdir. Əgər bu mövsüm çempionluq yarışından erkən qopuruqsa və növbəti mövsüm də təkrarlanırsa, deməli, biz inkişaf etməmişik, səhvlərdən nəticə çıxarmamışıq. Mən klubda yeniyəm və etiraf edim ki, rəqiblərimiz də bizə fərqli yanaşır. Mənim üçün hazırda bəzi müqayisələri aparmaq daha asandır. Futbol camiəsinin, mətbuatın, azarkeşlərin yanaşmasını, kluba olan münasibəti görürəm. Gözləntinin həmişə yüksək olmasını da normal qarşılayıram. Sırf bu mövsümə gəlincə, çempionatda daha yuxarı pillələrə qalxmaq, ölkə kubokunu qazanmaq əsas hədəfdir" (sportinfo.az).
 

0