“O, dünyanın ən yaxşı hücumçusu ola bilər” - Levandovski
10.04.2021 - 16:51
“O, dünyanın ən yaxşı hücumçusu ola bilər” - Levandovski

“Bavariya”nın hücumçusu Robert Levandovski Dortmund “Borussiya”sındakı həmkarı Erlinq Haland barədə müsbət fikirlər səsləndirib.

Apasport.az saytının məlumatına görə, polşalı ulduz futbolçu Halandın böyük gələcəyi olduğunu söyləyib.

Levandovskinin fikrincə, norveçli dünyanın ən yaxşı hücumçusu ola bilər: “Haland əla oyunçudur. Hələ çox gənc olmasına baxmayaraq, böyük potensiala malikdir. Gələcəkdə dünyanın ən yaxşı hücumçusu olmaq şansı var. Bu, dəqiqdir. Halandın Bundesliqada oynaması çox yaxşıdır. Özümü müqayisə edə biləcəyim bir gənc futbolçunun olmasına sevinirəm. Onun üzündə qol vurmaq istədiyi yazılıb. Haland ən yaxşı ola bilər. Ancaq mən də hələ uzun illər maksimum çıxış etmək istəyirəm”.

Qeyd edək ki, Levandovski cari mövsüm Bundesliqada 35, Haland isə 21 qol vurub.