“Qalatasaray”da ciddi itki – Falkao zədələndi
05.11.2020 - 15:45
Türkiyənin “Qalatasaray” klubu ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, hücumçu Radamel Falkao zədələnib.
Bugünkü məşq zamanı top uğrunda mübarizədən sonra sağ ayağında ağrı hiss edən Kolumbiya millisinin üzvü hazırlığı yarımçıq tərk edib. Klubun həkimləri problemin əzələ ilə bağlı olduğunu açıqlayıblar. Lakin ulduz futbolçunun durumunun ciddi olub-olmadığı sabah keçiriləcək MRT müayinəsindən sonra bilinəcək.
Qeyd edək ki, Radamel Falkao ötən ildən “Qalatasaray”ın şərəfini qoruyur.
0
0