“Qalatasaray”da yeni müqavilə - kapitanla
16.03.2021 - 15:51
“Qalatasaray” kapitanı Fernando Muslera ilə müqavilə müddətini uzadıb.
Apasport.az saytının məlumatına görə, uruqvaylı qolkiper “sarı-qırmızılılar”la yeni 3 illik sazişə qol çəkib.
Maaşının azaldılmasına razılıq verən ulduz futbolçunun imzalanma mərasimində klub prezidenti Mustafa Cengiz və vitse-prezident Abdurrahim Albayrak da iştirak edib.
Qeyd edək ki, Fernando Muslera 2011-ci ildən “Qalatasaray”da çıxış edir.
0
0