“Qəbələ”nin avrokubok oyununun vaxtı müəyyənləşdi - “Şkendiya” ilə
09.02.2021 - 22:07
“Qəbələ”nin UEFA Gənclər Liqasının 1/32 final mərhələsində keçirəcəyi oyunun vaxtı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar”ın Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşması martın 4-də baş tutacaq.
Matç Bakı vaxtı ilə saat 16:30-da start götürəcək. Qarşılaşma Şimali Makedoniya Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində keçiriləcək.
0
0