“Qəbələ”nin oynayacağı turniri ləğv etdi - UEFA
17.02.2021 - 23:14
UEFA Gənclər Liqasının 2020/21 mövsümü ləğv edilib.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı UEFA-nın İcraiyyə Komitəsi verib.
Belə addımın atılmasına koronavirus pandemiyası səbəb olub. Qurum gənc futbolçuların sağlamlığını vacib tutaraq turnirin keçirilməməsi barədə qərar qəbul edib.
Bu turnirdə Azərbaycanı U-19-lar arasında ölkə çempionu “Qəbələ” təmsil etməli idi. Təmsilçimiz 1/32 finalda Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşmalı idi.
Qeyd edək ki, daha öncə koronavirusa görə turnirin formatı dəyişdirilmişdi.
0
0