“Ronaldo heç vaxt Pele səviyyəsində olmayacaq” – dünya çempionu
04.03.2021 - 14:49
“Ronaldo heç vaxt Pele səviyyəsində olmayacaq” – dünya çempionu

“Yuventus”un hücumçusu Kriştianu Ronaldonun qol sayında əfsanəvi braziliyalı Peleyə çatması onlar arasında müqayisələrə yol açıb.

Apasport.az saytının məlumatına görə, 1958-ci ildə Braziliya yığması ilə dünya çempionu olan Joze Altafini məsələyə münasibət bildirib.

O, portuqaliyalının sabiq komanda yoldaşına çatmasının doğru informasiya olmadığını söyləyib: “Bu reytinqləri kim irəli sürür, gülməlidir! Ronaldo heç kimə çatmayıb, Pele rəsmi matçlarda 1225 qol vurub. Nə yoldaşlıq görüşləri, nə də başqa oyunlar bura iddir. Bu rekordlar kimisə bəyənmək üçün yazılıb. Ronaldo Peleyə çatmayıb, heç vaxt da çatmayacaq! Ronaldo heç vaxt Pele səviyyəsində olmayacaq”.

Qeyd edək ki, Kriştianu Ronaldo rəsmi oyunlarda 766 qol vurub ki, bununla Pelenin göstəricisini təkrarlayıb.