“Sumqayıt”dan ayrıldı, baxışa getdi – qazaxıstanlı futbolçu
01.02.2021 - 10:32
“Sumqayıt”la yollarını ayıran Kərəm Sultanov karyerasını ölkəsi Qazaxıstanda davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı müdafiəçi Karaqanda “Şaxtyor”unun düşərgəsindədir.
“Sumqayıt”da əsas heyətə düşə bilməyən oyunçu Qazaxıstan təmsilçisində baxışdan keçiriləcək. Sultanov komandanın Türkiyədəki təlim-məşq toplanışına qatılıb. Onunla bağlı son qərar yoxlama görüşlərindən sonra veriləcək.
Qeyd edək ki, Kərəm Sultanov bu mövsüm “Sumqayıt”ın heyətində Premyer Liqada 7 oyun keçirib.
0
0