“Tülkülər”ə qoşulacaq – ingiltərəli müdafiəçi
27.01.2021 - 13:41
İngiltərənin “Lester” klubu heyətinə yeni müdafiəçi qatacaq.
Apasport.az saytının məlumatına görə, “Bernli”nin futbolçusu Ceyms Tarkovski karyerasını “tülkülər”in sıralarında davam etdirməyə yaxındır.
28 yaşlı ingiltərəli qış transfer dövründə komandası dəyişməlidir. Amma bunun üçün “Lester” transfer məbləğini ödəməlidir.
Qeyd edək ki, Tarkovski yayda azad agent statusu olacaq.
0
0