“Vacib oyunda qalib gəldik” – “Sivasspor”un futbolçusu
06.11.2020 - 00:36
“İzmirdə baş verənlər üçün üzülürəm. Keçmiş olsun”.
Apasport.az saytının məlumatına görə, bunu “Sivasspor”un futbolçusu Robin Yalçın deyib.
O, Avropa Liqasının “Qarabağ”la oyunundan sonra öncə İzmirdəki zəlzələyə münasibət bildirib, ardınca 2:0 hesablı qələbəni dəyərləndirib: “Bizim üçün vacib oyunda qalib gəldik. Çox sevincliyik. Mənim üçün oynadığım mövqenin fərqi yoxdur. Komandam üçün ən yaxşısını etmək istəyirəm. Bu gün mərkəz müdafiəçisiyəm, sabah qapıçı da olsam, 100 faiz bacarığımı ortaya qoyacağam”.
0
0