“Yığmaların oyunu vəziyyəti pisləşdirə bilər” - Qvardiola
17.02.2021 - 11:50
“Yığmaların oyunu vəziyyəti pisləşdirə bilər” - Qvardiola

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola milli komandaların oyunları ilə bağlı martda yaranacaq fasilə barədə fikirlərini bölüşüb.
 
Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis yığmaların çıxışının koronavirus pandemiyası dönəmində riskli olacağını düşünür.

Onun fikrincə, bu, futbol dünyasında yoluxmanın yenidən artmasına yola aça bilər: “Özünüzü virusdan qorumağın yeganə yolu evdə qalmaq, sosial məsafəni qorumaq və səyahətdən imtina etməkdir. Futbolçular martın sonlarında yığmalara gedəcəklər. Vəziyyətə nəzarət edə bilməyəcəyik və bu, durumu daha da pisləşdirə bilər. İnanmaq istərdim ki, hər şey qaydasında olacaq, amma virusun iki və ya üç dalğası artıq keçib. Həm Premyer Liqa, həm də bütün digər liqalar vəziyyəti düşünməlidir”.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də və 30-da DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya və Serbiya ilə, 27-də isə yoldaşlıq görüşündə Qətərlə qarşılaşacaq.
 

0