“Yuventus”dan 18,5 milyonluq transfer – “Şalke”dən
03.03.2021 - 23:30
İtaliyanın “Yuventus” klubu Ueston Makkenni ilə müqavilə imzalayıb.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Almaniyanın “Şalke” klubundan transfer olunub.
Turin klubu yarım ildir komandanın heyətində icarə əsasında çıxış edən 22 yaşlı futbolçunun transfer hüququna sahib çıxıb. ABŞ millisinin oyunçusu ilə müqavilə 2025-ci ilin yayına qədərdir.
Onun keçidi üçün “Yuventus” 18,5 milyon avro ödəyib. Bu rəqəm bonuslar hesabına daha 6,5 milyon arta da bilər.
Qeyd edək ki, Makkenni cari mövsüm A seriyasında 21 matçda 4 qol vurub.
0
0