Ramiz Məmmədov: “Finala vəsiqə uğrunda sonadək mübarizə aparacağıq”
09.04.2008 - 17:40
Ramiz Məmmədov: “Finala vəsiqə uğrunda sonadək mübarizə aparacağıq”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Məğlubiyyətə baxmayaraq əlimizi yanımıza salmaq fikrimiz yoxdur. Cavab oyununa ciddi hazırlaşıb finala vəsiqə uğrunda sonadək mübarizə aparacağıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov “Xəzər-Lənkəran”la oyundan sonra deyib. 40 yaşlı mütəxəssis Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda 1:3 hesablı məğlubiyyətə baxmayaraq, oyundan narazı qalmayıb: “Bu gün futbol üçün yararlı gün deyildi: yağışlı hava, pis vəziyyətə düşən meydan. Belə vəziyyətdə yalnız mübarizə aparmaq olardı. Meydanda gedən mübarizədən və yetirmələrimdən razı qaldım”. İki həftə sonra keçiriləcək cavab oyununda ən azı 3 qol vurmalı olan “Qəbələ”nin baş məşqçisi matçı debütdə uduzduqlarını düşünür: “Matçın başlanğıcı bizim üçün çox pis oldu. Buraxdığımız ilk iki qoldan sonra futbolçularımız toparlanıb oyunda dönüş yarada bilmədilər”.
0