Valter Quqlemon Azərbaycan kubokunun ən sərrast futbolçusudur
10.04.2008 - 10:28
Valter Quqlemon Azərbaycan kubokunun ən sərrast futbolçusudur
Paytaxt klublarının ilk qarşılaşmasında iki dəfə fərqlənən V.Quqlemon artıq ən yaxın izləyicisini 3 top arxada qoyub. Cari mövsüm kubokda vurduqları qol sayını artırmaq imkanı olan oyunçular arasında isə Georgi Adamiya və Zaur Ramazanovun ona çatmaq şansları nəzəri cəhətdən mövcuddur. Bunun üçün onlar cəmi 2 oyuna 4 qol vurmalıdırlar. Azərbaycan Premyer Liqasının ən məhsuldar oyunçuları olan Branimir Subaşiç (“Neftçi”) və Xaqani Məmmədov (“İnter”) mübarizəni davam etdirsə də çətin ki, onlar V.Quqlemona çata bilsin. Uruqvaylının komanda yoldaşı kubokda cəmi 2, serbiyalı isə 3 qol vurub.

yer

futbolçu(klubu)

qol(penaltidən)

oyun

1

Valter Quqlemon (“İnter”)

8

6

2

Vüqar Nadirov (“Xəzər-Lənkəran”/”Masallı”)

5

4

3-5

İsrail Rodriges (“Bakı”/”Standard”)

4

4

Tural Cəlilov (“Gənclərbirliyi”/”Simurq”)

4

4

Edmond N’Tiamoa (“Xəzər-Lənkəran”)

4

4

6-7

Georgi Adamiya (“Nefttçi”)

4

5

Zaur Ramazanov (“Xəzər-Lənkəran”)

4

5

8

Vüsal Qarayev (“Turan”)

4 (1)

4

9

Sebastyan Martines (“Standard”)

4 (1)

6

0