Milli Məclisin yaradılmasının 90 illiyi ilə bağlı keçiriləcək futbol turnirinin püşkü atılıb
12.04.2008 - 14:33
Milli Məclisin yaradılmasının 90 illiyi ilə bağlı keçiriləcək futbol turnirinin püşkü atılıb
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin (MM) yaradılmasının 90 illiyi ilə bağlı keçiriləcək “Parlament kuboku”nun püşkü atılıb. APA-nın məlumatına görə, “Parlament kuboku”nda ölkənin 15 nazirlik və digər rəsmi orqanlarının futbol komandaları iştirak edir. Dörd qrupda keçiləcək oyunlara mayın 10-dan sonra başlanılacaq. MM Aparatının futbol komandası Daxili İşlər, Ədliyyə və İqtisadi İnkişaf Nazirliklərinin futbol komandaları ilə eyni qrupda mübarizə aparmalı olacaq.
0