Elmar Xeyirov cəzalandırılıb
13.04.2008 - 10:48
Elmar Xeyirov cəzalandırılıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycanın gənclərdən ibarət milli komandasının futbolçusu Elmar Xeyirov Belarus çempionatında növbəti oyununu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi çıxış etdiyi “MTZ-RİPO” klubunun heyətində ölkə çempionatının ikinci turunda iştirak edib. Əvəzedici komandaların turnirində ikinci matçını keçirən E.Xeyirov Minskin “Dinamo” komandası ilə görüşdə 58 dəqiqə meydanda olub. 2:2 hesabı ilə nəticələnən görüşün 19-cu dəqiqəsində sarı vərəqə ilə cəzalandırılan futbolçunun adı əsas komandaların oyununda da “18-lik”ə daxil edilib. Lakin E.Xeyirov “MTZ-RİPO”nun 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmada iştirak etməyib. Yarımmüdafiəçinin çıxış etdiyi klubun əsas heyəti 3 xalla 8-ci, əvəzedici komandası isə 1 xalla 15-ci yerdə qərarlaşıb. Qeyd edək ki, Minsk təmsilçisi aprelin 20-də keçiriləcək 3-cü turda “Vitebsk” klubunu qəbul edəcək.
0