AFFA Premyer Liqanın 14 futbolçusunu cərimələyib
06.05.2008 - 11:10
AFFA Premyer Liqanın 14 futbolçusunu cərimələyib
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycan Premyer Liqasının 9 klubu cərimələnib. “APA-Sport” agentliyinin məlumatına görə, XXIII turun oyunlarında hakimlərin göstərdikləri 23 sarı vərəqədən 14-ü üçün komandalar AFFA-nın büdcəsinə 50 manat köçürməlidirlər. Mövsümdə ən azı 4-cü dəfə xəbərdarlıq alan hər futbolçusuna görə bu qədər xərcə düşən 9 klubdan biri 150, üçü isə 100 manat cərimələnib. Ən çox cərimələnən komanda “Bakı”dır. Paytaxtın eyniadlı klubu 3 futbolçusu - Xalidu Sissoko, Cəmşid Məhərrəmov və Aleksandr Qoqoberişvili üçün 50 manat ödəməlidir. “Neftçi” Ruslan Abışovla Nazar Bayramov, “İnter” Petar Zlatinovla Qoran Arnaut, “Gənclərbirliyi” isə Səbuhi Sadiqovla Ruslan Musayevə görə AFFA-ya cərimə verib. Daha 5 oyunçu İlham Yadullayev (“Karvan”), Tornike Aptsiauri (“Qəbələ”), Anar Qasımov (ABN), Alim Qurbanov (“Xəzər-Lənkəran”) və Fabio Luis Ramim (“Olimpik”) aldığı vərəqə ilə klubunu ziyana salıb.
0