AFFA “Simurq” klubunun baş məşqçisini 4000 manat cərimələyib
13.05.2008 - 15:24
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokoranı cəzalandırıb. “APA-Sport” agentliyinin məlumatına görə, bu gün Nizam-İntizam Komitəsinin (NİK) iclasında belə qərar çıxarılıb. Ukraynalı çalışdırıcı Premyer Liqanın son turunda “Masallı” ilə Lənkəranda keçirilən matçın 9 və 23-cü dəqiqəsində hakimlər briqadasını nalayiq sözlərlə təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib. Bu isə R.Pokoranın Premyer Liqanın qalan iki oyununda (“Karvan”lə səfər, “Xəzər-Lənkəran”lə ev) komandasına texniki zonadan məsləhətlərini verə bilməyəcək. 60 yaşlı məşqçi növbəti mövsümdə də ilk iki görüşdə kənarda qalmalıdır. Ancaq indiyədək NİK-in cəzalarının növbəti mövsümə şamil edilmədiyini nəzərə alsaq, R.Pokoranı belə təhlükə gözləmir.
Qeyd edək ki, “Simurq” baş məşqçisinin davranışına görə, 4000 manat cərimə ödəyəcək.
Qeyd edək ki, “Simurq” baş məşqçisinin davranışına görə, 4000 manat cərimə ödəyəcək.
0
0