Georgi Nikolov: “Kimlərsə “Neftçi” və “İnter” arasında qalmaqal yaratmaq istəyir”
15.05.2008 - 12:53
Georgi Nikolov: “Kimlərsə “Neftçi” və “İnter” arasında qalmaqal yaratmaq istəyir”
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib. İndidən transfer haqda danışmağın tez olduğunu bildirən G.Nikolovun sözlərinə görə, hələlik başlıca planları avrokuboklara vəsiqə qazanmaqdır: “Bu isə hələ dəqiqləşməyib. Yalnız mövsüm bitəndən sonra transferlərə başlayacağıq. Bundan əlavə, seleksiya şuramız var ki, başçısı baş məşqçi Valentin Xodukindir. O, konkret mövqelərin güclənməyə ehtiyac olduğunu deyə bilər ki, rəhbərlik də bundan sonra transfer çalışmalarına başlayar. Rəşadın futbolla vidalaşmaq istəyində olması haqda sizin saytdan xəbər tutmuşam. Bildiyimə görə, zədəlidir, müalicə olunur. Şəxsi fikrim belədir ki, zədəli futbolçunun transfer edilməsi düzgün deyil. Tağızadə ilə Adamiyaya gəlincə, kluba rəhbərlik etdiyim dövrdə onlar heç vaxt maraq dairəmizdə olmayıb”. Transfer məsələlərinə ciddi yanaşan G.Nikolov böyük məbləğdə pulların xərclənməsinin məqsədyönlü olmasını vacib sayıb. O, azərbaycanlı futbolçular üçün yarım milyon dolları böyük məbləğ hesab edib: “Azərbaycanın transfer bazarında bu qiymətlər real deyil. Əcnəbilərə gəlincə, bu, futbolçunun səviyyəsindən, qarşımızda duran vəzifədən asılıdır. Avrokuboklarda bir-iki mərhələ keçməyin müqabilində transfer məbləği 1 milyon olan futbolçu da ala bilərik. Yox, əgər Çempionlar Liqasında qrup mərhələsinə düşmək, orada uğurla çıxış etmək istəyirsinizsə, artıq 30-50 milyon dollarlıq büdcən olmalıdır”.
0