“Gənclərbirliyi” Premyer Liqada keçirdiyi 110 oyundan sonra birinci diviziona yuvarlanıb
27.05.2008 - 18:05
“Gənclərbirliyi” Premyer Liqada keçirdiyi 110 oyundan sonra birinci diviziona yuvarlanıb
2003/04 mövsümündə birinci dəstədə komandanı çempion etməklə Premyer Liqaya yüksəldən Sabir Əliyev bu dəfə uğursuz mövsümün çalışdırıcısı kimi tarixə düşüb. “Gənclərbirliyi”nin Premyer Liqada 6-cı baş məşqçisi olan S.Əliyevin komandası bu gün keçirilən oyunlardan sonra rəsmən birinci diviziona yollanıb. Komanda güclülər dəstəsində çıxış etdiyi 4 il ərzində 110 matç keçirib. Bu qarşılaşmalarda cəmi 22 qələbə qazanıb 20 heç-heçə edən sumqayıtlılar 68 dəfə məğlub olub. Texniki nəticələrə görə hesablanan topları nəzərə almasaq, komanda 91 top vurub, 214-nü buraxıb.
Qeyd edək ki, sumqayıtlılar ildən ilə geriləməklə Premyer Liqanı tərk edib. Sumqayıtlılar iki il əvvəl 11-ci, ötən il 12-ci, bu il isə 13-cü olmaqla bunu rəsmiləşdirib.

“Gənclərbirliyi” Premyer Liqada

mövsüm

o

q

h

m

top

x

yer

2004/05

34

9

6

19

29*-58

33

XII

2005/06

26

6

9

11

25-37

27

XI

2006/07

24

3

3

18

16-51*

12

XII

2007/08

26

4

2

20

21-68

14

XIII



“Gənclərbirliyi”nin Premyer Liqadakı baş məşqçiləri

Mehmet Tayfun Türkmən (Türkiyə)

9

3

2

4

12-16

11

-

Mahir Əliyev

14

4

3

7

9-19

15

-

Adel Amruş (Fransa)

11

2

1

8

8*-23

7

XII

Əfqan Talıbov

33

7

10

16

34-56

31

XI

İliye Karp (Moldova)

17

2

2

13

7-32*

8

XII

Sabir Əliyev

26

4

2

20

21-68

14

XIII



Qeyd: cədvəldəki “*” işarəsi (3:0) texniki nəticənin top sayına aid olunmadığını göstərir.
0