Saşa Yunisoğlu UEFA kubokunda oynamayacaq
30.05.2008 - 11:00
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının müdafiəçisi Saşa Yunisoğlunun şərəfini qoruduğu Polşanın “Qrotslin” klubu UEFA kubokuna qatılmaqdan imtina edib. “APA-Sport” agentliyinin məlumatına görə, həmyerlimizin komandası qitə kuboklarına vəsiqə qazansa da, bu turnirdə iştirak etməyəcək. Aşağı dəstə təmsilçisi “Şlask”la birləşdikdən sonra adını itirən “Qrotslin”in yeni rəhbərliyi bu qərarla qarşılaşıb. “Şlask”ın imtinasından sonra Polşanı UEFA kubokunda hansı komandanın təmsil edəcəyi, Azərbaycan klubları – “Olimpik”lə “Xəzər-Lənkəran”ın potensial rəqibi olacağı bilinmir. Bu məsələyə iyunun 2-də Polşa Futbol Assosiasiyası aydınlıq gətirməlidir.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0