İqor Ponomaryov “Xəzər-Lənkəran”la bir il müddətinə müqavilə bağladı
05.12.2008 - 15:31
İqor Ponomaryov “Xəzər-Lənkəran”la bir il müddətinə müqavilə bağladı
“Xəzər-Lənkəran” rəhbərliyi baş məşqçi postuna təyin olunan İqor Ponomaryovla münasibətləri rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, tərəflər arasında müqavilə bu gün keçirilən mətbuat konfransında imzalanıb. Razılaşmanın müddətinin 1 il olduğu açıqlansa da, maddi məsələlər gizli saxlanılıb.

Beləliklə, “Xəzər-Lənkəran” Ponomaryovun Azərbaycanda çalışdırdığı üçüncü komandaya çevrilib. 1988-ci il Seul Olimpiadasının qalibi indiyədək əsas yığmamıza və “Qarabağ” klubuna rəhbərlik edib.
0