Yaşar Vahabzadə: Daha yaxşı nəticə göstərə bilərdik
12.01.2009 - 10:31
“Yeni il təzə başladığından kifayət qədər hazırlıq keçməmişik. Bunu nəzərə alsaq, turnirdəki çıxışımız heç də pis alınmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Yaşar Vahabzadə deyib.
Rusiyada Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirin VII yer uğrunda final matçından sonra keçirilən mətbuat konfransında mütəxəssis ümumi nəticədən narazı qalıb: “Daha yaxşı nəticə də göstərə bilərdik. Gücümüzə görə, öz qrupumuzda ikinci olmaqla, üçüncü yer uğrunda mübarizə aparmalı idik”.
Qeyd edək ki, Latviyanı 2:0 hesabı ilə məğlub edən U-19 turniri yeddinci yerdə başa vurub.

- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0