Məşhur futbolçuların gözəlçə davası - FOTO
19.02.2009 - 16:37
Məşhur futbolçuların gözəlçə davası - FOTO
İtaliyanın “İnter” klubunun futbolçuları Maykon və Mario Ballotelli arasında ciddi rəqabət yaranıb. Apasport.az saytının məlumatına görə, oyunçular meydanda yox, həyatda bir-biri ilə mübarizəyə girişiblər.

Hələlik qiyabi mübarizə aparan bu futbolçular İtaliya yığmasının məşhur hücumçusu Kristian Vyerinin keçmiş nişanlısı Elizabet Kanalisin ürəyini ələ almağa çalışırlar. 30 yaşlı xanım isə özündən 12 yaş kiçik olan Ballotelli və Maykonun sevgisinə belə münasibət bildirib: “Mən qara dərili futbolçuları sevirəm. Onlar çox seksual olurlar. Harada ağ-qara cütlük gördümsə, özümü həmin qadının yerində təsəvvür edirəm”.

Maraqlıdır ki, 18 yaşlı Ballotelli artıq gözəlçəni Milanın ən məşhur diskotekalarına aparmağa da vaxt tapıb. Yerli mətbuatda Maykonun da komanda yoldaşından geri qalmamaq məqsədilə, Elizabetə sürpriz hazırladığı bildirilir.
0