Berti Foqts hər şeydən razıdır
29.05.2009 - 09:46
Berti Foqts hər şeydən razıdır
“Komandanın qarşıdakı oyunlara hazırlığı normal səviyyədə keçirilir. Tədbirlər planımıza uyğun gedir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

Kayseri şəhərində keçirilən təlim-məşq toplanışından razı qalan 63 yaşlı mütəxəssis iyunun 2-də Türkiyə, 6-da Uels və 9-da İspaniya ilə qarşılaşmalara hazırlığın təşkilindən də məmnundur: “Toplanışı normal səviyyədə keçirmək üçün bizə hər cür şərait yaradılıb. Yüksək şəraiti olan mehmanxanada qalır və yaxşı stadionda məşq keçirik. Bütün bunlara görə, AFFA-nın rəhbərliyinə komandanın məşqçilər korpusu adından dərin minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, yığmamız mayın 25-dən Kayseridə hazırlıq keçir.
0