Berti Foqts: Mənim “Trabzonspor”da nə işim var?
21.06.2009 - 18:36
Berti Foqts: Mənim “Trabzonspor”da nə işim var?
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Türkiyədən təklif alıb. Apasport.az saytının məlumatına görə, bu barədə alman çalışdırıcının vətənində dərc olunan “Bild” qəzeti yazıb.

Xəbərdə bildirilir ki, “Trabzonspor” Futbol Klubunun rəhbərliyi alman çalışdırıcıya dəvət göndərərək, illik bir milyon avro təklif edib. Amma Foqts türklərin təklifinə müsbət cavab verməyib. “Bild”in iddiasına əsasən, AFFA Foqtsla 2011-ci ilədək uzatmaq istəyir.

mənbə: sabah.com.tr
0