Rusiyalı fanatlar Bakıda baxışdan keçəcək
23.09.2009 - 09:22
Rusiyalı fanatlar Bakıda baxışdan keçəcək
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Rusiya oyunu qonaq komandanın azarkeşləri üçün xüsusi əhəmiyyət kəsb edəcək. Apasport.az saytının məlumatına görə, oktyabrın 14-də baş tutacaq görüş şimallı fanatların təşkilatlanmasına baxış xarakteri daşıyacaq.

Belə ki, 2018 və ya 2022-ci ildə dünya çempionatına ev sahibliyi etmək iddiasında olan Rusiyada fəal azarkeşlərdən ibarət fan-zona yaradılır. Avropa səviyyəli fan-zona olması nəzərdə tutulan bu azarkeş birləşməsi Sankt-Peterburqda fəaliyyət göstərəcək. Rusiya Futbol İttifaqının (RFİ) dəstəyi, Ümumrusiya Azarkeşlər Birliyinin şəhər idarəsinin rəhbərliyi ilə yaradılan fan-zonaya qala baxış qarşıdakı seçmə oyunlarda keçiriləcək.

Rusiya yığmasının oktyabrın 10-da Almaniya ilə Moskvada, 4 gün sonra isə Bakıda yığmamızla matçlarda fanatlar öz bacarığını göstərəcək.
0