“Futbolçuların oyunlardan öncə sekslə məşğul olmalarına qadağa qoyulmalıdır”
04.03.2010 - 16:33
“Futbolçuların oyunlardan öncə sekslə məşğul olmalarına qadağa qoyulmalıdır”
“Futbolçuların oyunlardan öncə sekslə məşğul olmalarına qadağa qoyulmalıdır”. Lent.az-ın məlumatına görə, bu sözləri Türkiyənin “Kasımpaşa” komandasının baş məşqçisi Yılmaz Vural “Esquire” dərgisinə müsahibəsində deyib.

Təcrübəli mütəxəssisin fikrincə, oyunöncəsi cinsi əlaqə futbolçuların parasimpatik sinir sisteminə mənfi təsir edir. Nəticədə oyunçuların enerjisi azalır: “Əgər oyun bazar günü keçiriləcəksə, cümə axşamından sonra sekslə məşğuliyyət olmaz”.

Vural matçdan dərhal sonra cinsi əlaqənin isə əzələləri cəiflətdiyini iddia edib.
0