“Əvvəlki Azərbaycan futbolu ilə indiki arasında çox fərq var”
12.05.2010 - 23:31
“Qəbələ” Futbol Akademiyasının direktoru Əli Yavaşın apasport.az saytına müsahibəsi
- İl yarımdır Azərbaycandasınız. Arxada qalan müddətdə gördüyünüz işlər barədə qısa məlumat verməyinizi istərdik...
- Qəbələdə vəziyyət yaxşıdır. İşə sürətli başlamışıq. İlk məqsədimiz “Qəbələ” Futbol Akademiyasının tanıtmaq idi. Buna nail olduq. İşə qeyri-peşəkar başlasaq da, artıq peşəkarlaşmağa doğru addımlar atmışıq. Misal üçün, akademiyaya yeni avtobus alındı, uşaqları geyimlərlə təmin etmək üçün “Adidas” firması ilə razılıq əldə etdik, iki süni meydança istifadəyə verdik və s. Yeni bazamız hazır olanadək, bununla kifayətlənəcəyik. İşlərimizi davam etdiririk. Gənc və istedadlı uşaqları seçirik, onlara futbol təhsili veririk. Həm “Qəbələ”, həm milli komanda, həm də Azərbaycan futboluna qazandırmağa çalışırıq. Əsl işimiz isə bazamız hazır olduqdan sonra başlayacaq. Hazırda onu deyə bilərəm ki, bizim Akademiyanın komandaları yaxşı vəziyyətdədirlər. Aşağı yaş qrupları üzrə keçirilən çempionatlarda uğur qazandılar. Ancaq bunun elə bir əhəmiyyəti yoxdur. Çünki çempion olmaq kimi bir layihəmiz yoxdur. Əsas məqsədimiz gənc və istedadlı futbolçuları tapıb yetişdirməkdir. Sevindirici haldır ki, komandalarımız uğur qazandıqca, adımız daha çox çəkilir, diqqətlər üzərimizə cəmlənir. Digər valideynlər də uşaqlarının “Qəbələ”də məşq keçməsini istəyirlər.
- Bildiyimizə görə, bölgələrdən istedadlı uşaqları Qəbələyə toplayırsınız...
- Bəli, Azərbaycanın hər tərəfindən istedadlı uşaqları seçirik. Ondan sonra klubumuza dəvət edirik. Qəbələyə gəldikdən sonra təhsillərini orada davam etdirirlər. Yenə deyirəm, bazamız tam hazır olduqdan sonra tam peşəkar səviyyədə işlər görəcəyik.
- Azərbaycanın hər tərəfində axtarış etdiyinizi deyirsiniz. Sirr deyilsə, daha çox hansı bölgədə istedadlı uşaqlar olur?
- Ad çəkmək istəmirəm. Demək olar ki, bütün bölgələrdə istedadlı uşaqlar var. Bölgələrdə uşaqların normal şəraitdə futbol oynamaları üçün meydançalar yoxdur. Yəni yatacaq, yemək yeyəcək və yuyunacaq yerləri yoxdur. Bu mənada bəzi rayonlar çox geridə qalıb. Ancaq dövlətin də böyük qayğısı nəticəsində ciddi işlər görülməkdədir. İki-üç ildən sonra bunun bəhrəsini görəcəyik və pis legioner futbolçuların önü kəsiləcək.
- Əsasən neçə yaşlı uşaqları cəlb edirsiniz?
- 8 yaşdan 17 yaşadək uşaqları toplayırıq.
- 8-10 yaşlı uşaqların evlərindən, valideynlərindən ayrı düşmələri nə kimi çətinliklər yaradır?
- Demək olar ki, heç bir çətinliyimiz yoxdur. Valideynlər çox rahatdırlar. Biz onların təhsil məsələlərini də həll etmişik. Yəni, hər bir şəraitlə təmin olunublar. Həkim nəzarətindən keçirlər. Sanki ikinci evləri kimidir. Heç bir çətinlikləri yoxdur, darıxmırlar.
- Türkiyəli uşaqlarla müqayisə etsək, istedadları hansı vəziyyətdədir?
- Necə İspaniya, İngiltərə kimi futbol ölkələri Türkiyədən öndədirsə, biz də Azərbaycandan irəliyik. Müqayisə etmək istəməzdim. Ancaq burda fəaliyyət göstərdiyim müddətdə deyə bilərəm ki, ciddi irəliləyiş var. Əvvəlki Azərbaycan futbolu ilə indiki arasında çox fərq var. Məncə, gələcək 4 ildə daha da inkişaf edəcək.
- Təxminən neçə ildən sonra Akademiyadan yetişən uşaqları “Qəbələ”nin heyətində görə biləcəyik?
- Mənim 5 illik planım var. Təxminən 19-20 aydır buradayam. Bir-iki oyunçu namizəddir. Bu barədə Toni Adamsla söhbət etmişəm. Ona fəaliyyətimlə bağlı raport vermişəm. Ondan sonra o özü dəyərləndirəcək. Görək, necə olacaq.
- Uşaq futboluna türkiyəli mütəxəssis, əsas komandaya isə ingilis mütəxəssis rəhbərlik edir. Bu iki ölkənin sintezindən necə futbol ortaya çıxacaq?
- Hamımız İngiltərə futboluna hörmətlə yanaşmalıyıq. İngiltərə futbolu haqda əlavə nəsə deməyə ehtiyac yoxdur. Çox sürətli futbola üstünlük verirlər. İngiltərədə futbolçu olmaq çox çətindir. Toni Adams kimi İngiltərə futbolunda ad çıxarmış bir insanın “Qəbələ”nin baş məşqçisi təyin olması böyük olaydır.
- “Qəbələ”nin seçimini necə dəyərləndirirsiniz? Sizcə, Toni Adams Azərbaycanda, “Qəbələ”də uğur qazana biləcəkmi?
- O tanınmış futbolçu olub. İngiltərə futbolu üçün böyük xidmətlər göstərib. Peşəkar düşüncəyə sahibdir. Burada faydalı olacağına inanıram. Əlimizdən gələn yardımı ondan əsirgəməyəcəyik. Mənə görə, böyük bir transferdir.

0
0