Ceyhun Sultanov: “Xəzər-Lənkəran”a qayıda bilərəm
20.07.2010 - 23:01
Ceyhun Sultanov: “Xəzər-Lənkəran”a qayıda bilərəm
“Transferlə bağlı heç nə danışmaq istəmirəm. Futboldan bezdiriblər. Təkliflər var, ancaq ad çəkmək istəmirəm. Transfer vərəqəmi alım ondan sonra danışarıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu Ceyhun Sultanov deyib.

“Xəzər-Lənkəran”la yollarını ayırmaq ərəfəsində olan təcrübəli yarımmüdafiəçi çıxılmaz vəziyyətdə qalıb. O təkliflərin olmasına baxmayaraq, heç bir klubla danışıqlar aparmadığını bildirib. Sultanov tələsmədiyini və “Xəzər-Lənkəran”a qayıtmaq variantının olduğunu bildirdi: “Transfer məsələsində ona görə tələsmirəm ki, “Xəzər-Lənkəran”a qayıtmaq ehtimalım var. Bilmirəm, görək nə olacaq. Bəlkə də, qayıtdım”.

Soltanov formasını itirməmək üçün fərdi məşqlərlə məşğul olduğunu vurğulayıb: “Hələlik formamı itirməmək üçün fərdi məşqlərlə kifayətlənirəm. Görək, axırı necə olacaq. Transfer pəncərəsinin bağlanmasına 1 gün qalmış məsələmə aydınlıq gələcək”.