Vaqif Cavadov: Bu, mənim çoxdankı arzumdur
20.07.2010 - 18:00
“Tvente”yə keçəndən sonra zədələnməyim heç yerinə düşmədi. Artıq indi zədədən sonra demək olar ki, tam sağalmışam. Yalnız sağ ayağım əvvəlki kimi deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov deyib.
Hollandiyanın “Tvente” klubunda çıxış edən 21 yaşlı hücumçu UEFA-nın rəsmi saytına müsahibə verib. Cavadov Enshede təmsilçisində Çempionlar Liqasında oynamaq istəyində olduğunu bildirib: “Ümid edirəm ki, gələcəkdə belə xoşagəlməz halla üzləşməyəcəyəm və Çempionlar Liqasında oynayacağam. Bu, mənim çoxdankı arzumdur”.
Futbolçu “Qarabağ”dan “Tvente”yə keçidinin necə gerçəkləşdiyini də xatırlayıb: “Məni Avropa Liqasının oyunlarında əyani izlədikdən sonra “Tvente”yə götürmüşdülər. Lakin belə komandaya 2 oyuna əsasən heç kimi götürmürlər. 2009-cu ilin sonuna qədər yığmadakı oyunlarımı da izləyirdilər. Həmin dövr mənim üçün uğurlu alındı. Seçmə mərhələnin Lixtenşteyn və Rusiya ilə oyunlarında qol vurdum”.
Qeyd edək ki, Vaqif bu ilin yanvarında keçdiyi “Tvente”də hələ rəsmi debüt etməyib.

0
0