Azərbaycan kubokunun finalçılarına pul mükafatı
20.07.2010 - 18:08
Azərbaycan kubokunun finalçıları mükafatlandırılacaq. Apasport.az saytının xəbərinə görə, bu məlumatı jurnalistlərə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev verib. O bildirib ki, 2010/11 mövsümündə ölkə kubokunun qalibinə 100 min manat mükafat veriləcək. Finalda uduzan komanda isə bunun yarısı qədər qazanacaq.
0
0