“Neftçi”nin Mpenza sevdası
20.07.2010 - 23:05
“Neftçi”nin Mpenza sevdası
Belçika yığmasının futbolçusu Emil Mpenzanın karyerasını Azərbaycanda davam etdirməyə qərar verməsi vətənində böyük əks-səda doğurub. Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçunun izinə düşən belçikalı həmkarlarımız onun agenti Rəşid Taymutu sorğu-suala tutublar.

Taymut müştərisinin Azərbaycanın hansı klubunda oynayacağını deməsə də, mümkün variantların sayını azaldıb: “Emil Bakı klublarından birində oynayacaq. Lakin bu ölkə çempionu “İnter” deyil. Bundan artıq heç nə deyə bilmərəm”.

Bununla belə, apasport.az saytı Mpenza ilə hansı komandanın maraqlandığını öyrənib. Bu, paytaxtın “Neftçi” klubudur. Bakılıların Avstriyada təlim-məşq toplanışında olduğu vaxt komandanın vitse-prezidenti Tahir Süleymanovun İsveçrəyə yollanaraq, Taybutla görüşdüyü və Mpenzanın keçidini razılaşdırdığı bildirilir.