“Bakı” yaşıl meydana buraxılmadı!
20.07.2010 - 20:42
Avropa Liqasının II təsnifat mərhələsində “Bakı”nın rəqibi olan Çernoqoriyanın “Buduçnost” klubu Azərbaycan kubokunun qalibinə ilk maneəni yaradıb. Apasport.az saytının məlumatına görə, bu gün oyunun keçiriləcəyi Podqoritsa şəhərinə yollanan təmsilçimiz ilk məşqlə bağlı problem yaşayıb.
Belə ki, bakılılar “Buduçnost”un bazasında məşq etməli idi. Meydan sahibləri Vinfred Şaferin yetirmələrinə bu imkanı da yaradıb. Lakin onlar qonaqların sərəncamına yalnız süni örtüklü meydançanı veriblər. Çernoqoriyalı futbolçuların özləri isə yaşıl meydanda hazırlıq keçiblər.
Şafer məsul matç öncəsi belə vəziyyətlə üzləşdiklərinə təəssüflənərək, süni örtükdə hazırlıq keçməyin zədə baxımından da təhlükəli olmasından narahat olub. Buna baxmayaraq, futbolçularımız həvəssiz də olsa bu şəraitdə məşq etməli olublar.
Qeyd edək ki, “Buduçnost” – “Bakı” oyunu iyulun 22-də keçiriləcək.

0
0