“III mərhələyə çıxsaq, iştirak ərizəsinə onun da adını əlavə edəcəyik” - MÜSAHİBƏ
20.07.2010 - 23:17
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi
- Artıq bir neçə gündür hazırlığınızı Tofiq Bəhramov adına Respublika stadionunda davam etdirirsiniz. Heyətdə zədəli futbolçu varmı?
- Yüksək səviyyəli hazırlıq keçirik. Artıq zədəli və cəzalı futbolçularımız da heyətimizə qoşulublar və “Portadaun”la cavab qarşılaşmasında komandamıza kömək edə biləcəklər. Təkcə Ayxan Abbasovun yüngün zədəsi var. Fərdi olaraq, məşqlərdə iştirak edir.
- Düşünmürüsünüz ki, səfərdə qazanılan 2:1 hesablı qələbə futbolçularda müəyyən arxayınlıq yarada və bu da öz növbəsində nəticəyə mənfi mənada təsir edə bilər?
- Bəli, ola bilsin ki, səfərdə qazandığımız qələbə bəzi futbolçularda müəyyən arxayınçılıq yaratsın. Ancaq çalışırıq ki, belə halların qarşısını alaq. Çünki hamımız bilirik ki, bu cür oyunlar iki görüşdən ibarətdir. Düzdür, ilk oyunda qələbə qazanmışıq. Ancaq rəqib də istəyəcək ki, nəticəyə oynasın. Biz də çalışacağıq ki, heç bir problem olmasın. Onlara nəticə əldə etməyə imkan verməyəcəyik. 90 dəqiqə meydanda mübarizə aparıb, yenə qələbə qazanmaq üçün mübarizə aparacağıq.
- “Qarabağ” səfərdə qələbə qazanaraq, növbəti mərhələyə çıxmaq şansını xeyli yüksəldib. Ola bilərmi, futbolçuların sarı vərəqə almaması və zədələnməmələri üçün əsas heyətin bir neçə üzvünü ehtiyatda saxlayasınız?
- İlk matçda qələbə qazanmağımız əsas vermir ki, start heyətin bəzi oyunçularını ehtiyatda saxlayım. Qətiyyən belə şey ola bilməz. Çalışırıq ki, heyətin hər bir üzvü oynasın. Ancaq hansı daha hazırdırsa, onlara şans verirəm. Sarı vərəqəni və ya gələcək oyunu düşünmürük. Bütün diqqətimizi “Portadaun”la oyuna kökləmişik.
- Andreys Rubinsin transfer məsələsi nə yerdədir?
- Artiq Andreys Rubinsin transferini öz həllini tapıb. Sənədləri tam qaydasındadır. Bir neçə gündür bizimlə birgə məşq edir. İnşallah, əgər III mərhələyə vəsiqə qazansaq, iştirak ərizəsinə onun da adını əlavə edəcəyik. Ümid edirəm, növbəti mərhələdə onun xidmətindən istifadə edə biləcəyik.
- Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda – “Metallurq”la görüşdə tribunalar tam dolmamışdı. Artıq oyunun başlanmasına cəmi 1 gün qalıb. Azarkeşlərə sözünüz varmı?
- Nə qədər çox azarkeş gələrsə, futbolçularımız üçün bir o qədər yaxşı olar. Futbolçular da istəyəcəklər ki, onlar üçün həm gözəl oyun nümayiş etdirsinlər, həm də qələbə ilə sevindirsinlər. İnanıram ki, azarkeşlər həmişəki kimi bizi tək qoymayacaqlar.

0
0