“Bakı” Polşadan hücumçu transfer etməyi planlaşdırmır
21.07.2010 - 00:14
“Polşa mətbuatında yazılanlar tam iftiradır. Biz bu ölkədən futbolçu, üstəlik, yığma üzvünü cəlb etməyi planlaşdırmırıq. Polşalı hücumçunun heç adını bilmirəm”. Apasport.az saytının Çernoqoriyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu fikirləri Azərbaycanı Avroliqada təmsil edən “Bakı” klubunun baş məşqçisi Vinfred Şafer deyib.
İyulun 22-də turnirin II təsnifat mərhələsinə Çernoqoriyanın “Buduçnost” klubu ilə cavab görüşünə çıxacaq “zolaqlılar” transfer bazarında ən fəallığı ilə diqqət çəkir. Hücumçu axtarışında olan “Bakı”nın Polşa yığmasının hücumçusunu transfer edəcəyi deyilir.
Ancaq Şaferlə söhbətimizdə məlum oldu ki, onun belə planı yoxdur: “Təbii ki, heyətimizə yüksək səviyyəli hücumçu qatmaq istərdik. Nibome, Epalle kimi səviyyəli futbolçuları almaq heç də asan deyildi. Bəxtimiz gətirdi ki, birinin müqaviləsi bitdiyindən bizə sərbəst futbolçu kimi gəldi, digərinə isə son klubu külli miqdarda borclu olduğundan azad agent statusu aldı. Yoxsa onların transferinə 1-2 milyon ayıra bilməzdik. Hələ “Bakı” ilə Almaniyada olduğumuz zamanı “Kikker” jurnalı “Köln”də oynayan nigeriyalı hücumçu İşiakiyə təklif irəli sürdüyümü yazmışdı. Halbuki bu, mənim yox, jurnalistin fikri idi. Mən heç həmin futbolçunu bəyənmirəm”.
Mehman SÜLEYMANOV

0
0