“Fikirləşmirlər ki, bununla Azərbaycan futboluna ağır zərbə vururular”
15.08.2010 - 12:15
“Biz daha yaxşı oynadıq. Qələbəyə də layiq idik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun müdafiəçisi Vurğun Hüseynov deyib.
Unibank Premyer Liqasının II turu çərçivəsində AZAL-la qarşılaşan “Turan” meydanı məğlub tərk edib. Daha doğrusu, Tovuz təmsilçisi oyunun sonlarına yaxın rəqib qapısına yol tapsa da, laynsman bayrağını qaldırıb, ofsayd qeydə alıb. Nəticədə baş hakim Əfqan Həmzəyev mərkəzi göstərməyib, oyundan kənar vəziyyət qeydə alıb.
Epizodla bağlı fikirni açıqlayan Hüseynov təmiz qol vurduqlarını bildirib: “Həmin epizodda ofsayd yox idi. Muammer Erdoğdu xeyli geridən olsa da, başla topu qapıya göndərdi. Sadəcə, laynsman vaxtından əvvəl bayrağını qaldırdı. Niyə belə edirlər, bilmirəm. Bu gün “Turan”ın əsasını yerli uşaqlar təşkil edir və əksəriyyəti gənclərdir. Baş məşqçimiz Sakit Alıyev mübariz komanda formalaşdırıb. Elə ilk turlardan hakimlər bizi “sındırmağ”a çalışır. Fikirləşmirlər ki, bununla Azərbaycan futboluna ağı zərbə vururlar”.
Hüseynov, həmçinin vurğulayıb ki, matç başa çatdıqdan sonra laynsman ona yaxınlaşıb, səhv qərar verdiyini boynuna alaraq, üzr istədi: “Laynsman bizə yaxınlaşıb, səhv etdiyini boynuna aldı və üzr istədi. Bununla nə dəyişəcək? Xalımızı kim aktivimizə yazacaq?”

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0