Vaqif Cavadov: Hollandiyadan təklif almışam
16.08.2010 - 12:00
“Həqiqətən də Rusiyadan dəvət almışam. Bununla yanaşı, mənə Azərbaycan və Hollandiyadan da təkliflər var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov deyib.
Müqavilə ilə məxsus olduğu Hollandiyanın “Tvente” klubunda heyətə düşə bilmədiyi üçün yeni variantlar axtaran 21 yaşlı hücumçu karyerasını harada davam etdirəcəyinə hələ də aydınlıq gətirməyib: “Yaxın 3 gün ərzində “Tvente” rəhbərliyi ilə görüşəcəyəm. Gələcək karyeramla bağlı məsələyə də həmin görüşdə aydınlıq gətirəcəyəm. Mənim üçün ən vacib olanı pul deyil, yaxşı komandada oynamağımdır”.
Qeyd edək ki, yanvarda “Tvente”yə transfer olunan Cavadov hələ də bu komandada rəsmi debüt etməyib.

- MLS klubundan ulduz həmləsi - Levandovskidən sonra Qoretska
- Taremidən DÇ narazılığı: "Birlik və mehribanlıq hiss etmirəm"
- Şenol Günəşdən etiraf: "Deyirlər, get, nəvələrinlə oyna"
- Əfsanələr matçı: “Real” “İnter”i məğlub etdi - Emre də meydana çıxdı
- Qakpo üçün 70 milyonluq təklif - Nəhənglər də onu istəyir
0
0