ZDF “Qarabağ”ı “Ağdam” adı ilə təqdim edib
20.08.2010 - 12:46
Avropa Liqasının pley-off mərhələsinin “Borussiya” – “Qarabağ” oyununun yayımı zamanı Almaniyanın ZDF telekanalı tərəfindən təxribata yol verilib. APA-nın xəbərinə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib. Onun sözlərinə görə, həmin oyun telekanal tərəfindən “Borussiya” - “Ağdam” oyunu kimi təqdim edilib.
İbrahimov “Qarabağ” klubunun adının verilməsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan üçün təbliğat xarakteri daşıyacağını deyərək, Almaniya kanalı tərəfindən bunun qarşısının alındığını bildirib: “Onlar “Qarabağ” futbol klubunu “Ağdam” klubu kimi təqdim etdilər”.

0
0