Ronaldinyo yığmaya çağırıldı
29.10.2010 - 23:07
Ronaldinyo yığmaya çağırıldı
İtaliya "Milan"ının şərəfini qoruyan ulduz futbolçu Ronaldinyo yenidən yığma komandaya çağırılıb. Apasport.az saytının xəbərinə görə, Braziliya ilə Argentina arasında baş tutacaq yoldaşlıq görüşünün 23 nəfərlik heyətinə Ronaldinyonun da adı salınıb.

Bu addımı son dünya çempionatındakı uğursuz çıxışdan sonra Braziliya milli komandasının baş məşqçisi postuna gətirilmiş Mano Menezes atıb. Sabiq məşqçi Karlos Dunqanın rəhbərliyi dövründə heç vaxt yığmaya çağırılmamış 30 yaşlı futbolçu bununla da 18 aylıq fasilədən sonra yenidən milli komandada oynamaq imkanı qazanıb.