Hacı Raykaarddan az qazanacaq
30.10.2010 - 10:30
Hacı Raykaarddan az qazanacaq
"Qalatasaray"ın yeni baş məşqçisi George Hacı klubda qazancı haqda məlumat verib. Apasport.az saytının xəbərinə görə, rumın çalışdırıcı Frank Raykaarddan az qazanacağını deyib.

Hacı konkret məbləği açıqlamasa da, "Qalatasaray"da futbolçu olduğu zaman müqaviləsində mövcud olan bir maddəni yeni sözləşməsinə əlavə edib. 1996-cı ildə "sarı-qırmızılılar"a transfer olunan "Karpat Maradonası" müqaviləsinə Avropada kubok qazanacağı halda 1 milyon avro mükafat almaq barədə maddə əlavə edibmiş.

Bu müqaviləni köhnə yeni iş yerində yenə gündəmə gətirən Hacı məşqçi kimi Avropada kubok qazandıracağı halda özü də 1 milyon avro mükafatın sahibi olacaq.