Rəşad Sadıqov: İndi komandamızda rəqabət daha da artıb
30.10.2010 - 10:51
“Gündəlik məşqlərimiz davam edir. Kubokda mübarizəni dayandırmağımız pis oldu. Heç birimiz bu nəticəni gözləmirdik. "Dənizlispor"la oyundan öncə baş məşqçimiz dedi ki, bu dəfə ehtiyatda qalanlara şans verəcəyəm. Mən və bir neçə futbolçuya dincəlməyi tapşırdı. Məğlubiyyət qanımızı qaraltsa da, baş məşqçi Bülənt Uyğun "Ankaragücü" ilə qarşılaşmaya köklənməyimizi tələb edir”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Türkiyənin “Əskişəhərspor” klubunda forma geyinən futbolçumuz Rəşad Sadıqov deyib.
Millimizin kapitanı bildirib ki, Ankara təmsilçisi ilə matç prinsipial xarakter daşıyır: “Bu komandaların son oyunları həddən artıq gərgin və sərt keçib. Bilirik ki, yenə belə olacaq. "Ankaragücü" ötən turlarda "Qalatasaray"ı səfərdə 4:2 hesabı ilə məğlub edib. Əskişəhərə də yaxşı nəticə üçün gəlirlər. Amma biz buna hazırıq, ardıcıl üçüncü turda da qələbə qazanmaqda israrlıyıq. Məşqçi mənə yenə əsas heyətdə şans verəcək. Hər halda belə olar. Burda sistem elədir ki, kim məşqlərdə yaxşı təsir bağışlayırsa, o da meydana çıxır. Rəqabət indi daha da artıb. Müdafiə xəttində bir mövqeyə 3-4 namizəd var, ümumilikdə isə arxa xətt oyunçularının sayı çoxdur. "Qaziantepspor" və "Karabükspor"la matçlarda əvəzolunmadan iştirak etmişəm. Səfərdə "Karabük"ə 2:1 qalib gəldiyimiz oyunda qapımızdan 1 qol buraxsaq da, məncə, müdafiə xəttimiz yaxşı təsir bağışladı. Düzdür, qolda səhv buraxıldı, bundan isə heç kim sığortalanmayıb”.

0
0