FİFA federasiya prezidentini postuna qaytardı
30.10.2010 - 11:36
FİFA federasiya prezidentini postuna qaytardı
FİFA Nigeriya Futbol Federasiyasına qarşı tətbiq etdiyi cəzanı ləğv edib. Apasport.az saytının məlumatına görə, buna yerli məhkəmənin çıxardığı yeni qərar səbəb olub.

Belə ki, qanunvericilik orqanı federasiya işçilərinə qarşı qaldırdıqları cəzanı ləğv ediblər və vəzifəsindən uzaqlaşdırılan Nigeriya Futbol Federasiyasının prezidenti Musa Amadu postuna qaytarılıb. Nəticədə Nigeriya yığması yenidən FİFA bayrağı altında oyunlarda iştirak etmək hüququ qazanıb.

Xatırladaq ki, ali futbol qurumu oktyabrın 4-də Nigeriya hökumətinin federasiyanın işinə müdaxiləsini əsas gətirərək, milli komandalarını diskvalifikasiya etmişdi.